Tədbirlər

AZEBİ tərəfindən Gürcüstanda Ramazan Ayı Münasibətilə Sosial Yardım Aksiyası: 300-dən Çox Aztəminatlı Ailəyə Dəstək

27 mart 2025-ci il tarixində sosial yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü və AZEBİ-nin təşkilatçılığı ilə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələrinə soydaşlarımıza çatdırılması üçün Ramazan ərzaq qutuları təqdim olunmuşdur.

Ümumilikdə isə ənənəvi Ramazan ayı tədbirləri çərçivəsində, Ramazan ayının müqəddəsliyini hiss etdirmək və milli-mənəvi həmrəylik duyğusunu yaşatmaq məqsədilə 300-dən çox aztəminatlı ailəyə, o cümlədən şəhid ailələrinə və əlillər cəmiyyətinə ərzaq yardımı çatdırılmışdır.

Tədbirdə səfirliyin müşaviri Samir Əbdürəhimov, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, şərqi Gürcüstan müftisi Etibar Eminov və digər rəsmi şəxslər iştirak ediblər.

https://report.az/…/azerbaycanin-gurcustandaki…

https://azertag.az/…/azerbaycanin_gurcustandaki…

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *