12.12.2024
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, türk dünyasının fəxri, ümummilli lider Heydər Əliyevin vəfatından 21 il ötür.
Bu illər ərzində Azərbaycan Ulu Öndərin yön verdiyi istiqamətdə irəliləyərək əsrə bərabər inkişaf yolu qət edib, regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Dünya miqyasında bənzəri olmayan Vətən müharibəsi və uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.









