Azərbaycan Respublikasının Gürcüstandakı səfiri cənab Faiq Quliyevin təşəbbüsü ilə təşkil edilən ənənəvi iftar süfrəmiz 2024-cü ilin 18 mart tarixində keçirilmişdir.
Bu mübarək mərasimdə iştirak edən qonaqlara xüsusi təşəkkür və ehtiramımızı bildirmək istəyirik:
– Azərbaycan Respublikasının Gürcüstandakı səfiri cənab Faiq Quliyev;
– Gürcüstanın Xarici İşlər nazirinin birinci müavini cənab Laşa Darsaliya;
– Müsəlman ölkələrinin hörmətli səfirləri və dəyərli diplomatlar;
– Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri cənab Zaza Vaşakmadze;
– Marneuli meri cənab Kənan Ömərov;
– SOCAR Energy Georgia şirkətinin baş direktoru, AZEBİ-nin fəxri prezidenti cənab Mahir Məmmədov;
– MÜSİAD və GÜRTİAD təşkilatlarının hörmətli başqanları;
– AZEBİ üzvləri və əməkdaş təşkilatları;
– Eyni zamanda, məclisimizdə iştirak edən dəyərli din xadimləri və bütün qonaqlara.
Ənənəmizə sadiq qalaraq, AZEBİ və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı, həmçinin AZEBİ üzvlərinin dəstəyi ilə bu il də sosial yardım layihəsi çərçivəsində aztəminatlı soydaşlarımıza, o cümlədən şəhid ailələrinə Ramazan ayının müqəddəsliyini və onlara milli-mənəvi həmrəylik duyğusunu hiss etdirmək məqsədilə ərzaq yardımları çatdırılmışdır.
https://azertag.az/…/lasa_darsaliya_gurcu_xalqi_dost_ve…)



















