27 mart 2025-ci il tarixində sosial yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü və AZEBİ-nin təşkilatçılığı ilə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələrinə soydaşlarımıza çatdırılması üçün Ramazan ərzaq qutuları təqdim olunmuşdur.
Ümumilikdə isə ənənəvi Ramazan ayı tədbirləri çərçivəsində, Ramazan ayının müqəddəsliyini hiss etdirmək və milli-mənəvi həmrəylik duyğusunu yaşatmaq məqsədilə 300-dən çox aztəminatlı ailəyə, o cümlədən şəhid ailələrinə və əlillər cəmiyyətinə ərzaq yardımı çatdırılmışdır.
Tədbirdə səfirliyin müşaviri Samir Əbdürəhimov, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, şərqi Gürcüstan müftisi Etibar Eminov və digər rəsmi şəxslər iştirak ediblər.
https://report.az/…/azerbaycanin-gurcustandaki…
https://azertag.az/…/azerbaycanin_gurcustandaki…











