Azərbaycanlı İşadamları Birliyi Gürcüstan (AZEBI)
Azərbaycanlı İşadamları Birliyi Gürcüstan (AZEBI), Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanlı sahibkarların Gürcüstanda təşkilatlanması və qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 2009-cu ildə yaradılmışdır.
AZEBI, Gürcüstan qanunvericiliyinə əsasən yaradılmış, qeyri-kommersiya və qeyri-hökumət ictimai birlikdir. Təşkilatın əsas məqsədi mənfəət əldə etmək deyil, üzvlərinin maraqlarını qorumaq və iki ölkə arasında iqtisadi körpü rolunu oynamaqdır.
Missiyamız
AZEBI-nin əsas missiyası Azərbaycan və Gürcüstan arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafına dəstək göstərmək, eləcə də azərbaycanlı iş adamlarını bir araya gətirərək əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Fəaliyyət İstiqamətlərimiz
- Gürcüstan və Azərbaycan dövlət qurumları ilə əməkdaşlıq;
- İş adamları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi;
- Sahibkarların hüquqlarının qorunması və qanunvericilik barədə maarifləndirmə;
- Gürcüstan və Azərbaycanın biznes mühitlərinin araşdırılması və təhlili;
- Seminarlar, konfranslar, forumlar, sərgilər və digər biznes tədbirlərinin təşkili;
- Reklam və təqdimat xarakterli layihələr, mətbu nəşrlər və məlumatlandırıcı materialların hazırlanması;
- Qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri əsasında investisiya əlaqələrinin təşviqi.
Üzvlük və Şəbəkə
Hazırda AZEBI-nin 60-a yaxın rəsmi üzvü və sıx əməkdaşlıq etdiyi çoxsaylı şirkət və tərəfdaşları mövcuddur. Təşkilatımız, üzvləri üçün yeni imkanlar yaradan, biznes mühitində əlaqələri gücləndirən və dəstək göstərən etibarlı platformadır.
Bizimlə Əlaqə
Siz də iqtisadi əməkdaşlığın bir parçası olmaq, şəbəkəmizə qoşulmaq və regional biznes imkanlarından faydalanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.